wrapper

Beaking News

Nəfəs LGBT Azərbaycan Alyansının saytı dağıdıldı

10647591 947654015252186 593926005 n

Avqustun 22 – si Nəfəs LGBT Azərbaycan Alyansının rəsmi saytına(www.lgbtaz.org) hücum olub. Saytın admin panel məlumatlarını ələ keçirən şəxslər saytı fəaliyyətsiz hala salıblar. Ehtimal olunur ki, saytın dağıdılmasında əsas təşəbbüskar tərəf dini ekstremist qüvvələr olub. Çünki, sayta daxil olunduğu zaman “Azərbaycanda sizə yer yoxdur! Hamınızı məhv edəcəyik!” kimi sözlər İslam bayrağı fonunda ekrana çıxır. Təşkilat olaraq bu hadisə bizi çox narahat edir. Bu cür halların davam etməsi əşkilat rəhbərliyinə qarşı real təhlükə yaratmaqdadır. Düşünürük ki, hüquq mühafizə orqanları yaranan bu halla ciddi məşğul olmalıdırlar.

Ətrafl...

LGBT Aktivistinə qarşı ailəsi tərəfindən zorakılıq

10564835 943331812351073 1650237580 nAvqustun 7sində Nəfəs LGBT Azərbaycan Alyansının üzvü M.N(şərti olaraq) ailəsi tərəfindən şiddətə məruz qalıb. M.N – nin valideyinləri onu benzinlə yandırmağa cəhd ediblər. Həmçinin ona qarşı güc göstərərək zorakılıq hərəkətləri ediblər. Bədənində çoxlu sayda zorakılıq əlamətlərinin olması ona qarşı zorakılığın olmasını sübut edir. M.N evdən qaçsada onun çoxlu sayda şəxsi əşyaları və şəxsiyyətini təsdiq edən sənədlər ailəsi tərəfindən alınaraq verilməyib. Hal – hazırda M.N təhlükəsiz yerdədir, lakin onun həyatına qarşı təhlükə davam etməkdədir.

Ətrafl...

Azərbaycanda ilk LGBT – Gender forumu keçirilib.

10410608 476929599117461 6067640924372924991 nBakıda ilk dəfə LGBT – Gender forumu keçirilib. Nəfəs LGBT Azərbaycan tərəfindən keçirilən forumda 40 – a yaxın LGBT və bu mövzuya tolerant yanaşan qeyri – LGBT insanlar da iştirak edib. Forum 3 hissədən ibarət olub. İsa Şahmarlının xatirəsinə həsr edilmiş birinci hissədə Azad LGBT təşkilatının rəhbəri Lalə Mahmudova İsa Şahmarlı və onun mübarizə yolu, arzuları haqqında danışıb.

Ətrafl...

Ədliyyə Nazirliyindən Nəfəs LGBT-ə qarşı qərəzli mövqe

lgbrwNəfəs LGBT Azərbaycan yaydığı press-relizdə bildirir ki, artıq ikinci dəfəsidir ki, təşkilat analoji vəziyyətlə rastlaşır. İlk dəfə 2012 – ci ildə qeydiyyata alınması ilə bağlı sənədlər göndərilmişdi. Lakin, qeydiyyata alınıb – alınmamaqla bağlı heç bir münasibət bildirilməmişdir. “Nəfəs LGBT Azərbaycan Alyansı” İctimai Birliyi növbəti dəfə dövlət qeydiyyatına alınmaq üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinə müraciət etmişdir. Həmin müraciət Qeydiyyat və Notariat Baş İdarəsinə 19 may 2014 – cü il tarixdə çatmışdır. Həmin məktubun poçt qəbzi dəlil kimi saxlanılır.

Ətrafl...

Haqqımızda

Nəfəs LGBT Azərbaycan Alyansı 27 dekabr 2012 – ci il tarixində yaradılıb.

Missiyamız LGBT insanların Azərbaycanda ictimai – siyasi rifahını yaxşılaşdırmaqdır.

Bizimlə Əlaqə

Facebook

Twitter