wrapper

Beaking News

10410608 476929599117461 6067640924372924991 nBakıda ilk dəfə LGBT – Gender forumu keçirilib. Nəfəs LGBT Azərbaycan tərəfindən keçirilən forumda 40 – a yaxın LGBT və bu mövzuya tolerant yanaşan qeyri – LGBT insanlar da iştirak edib. Forum 3 hissədən ibarət olub. İsa Şahmarlının xatirəsinə həsr edilmiş birinci hissədə Azad LGBT təşkilatının rəhbəri Lalə Mahmudova İsa Şahmarlı və onun mübarizə yolu, arzuları haqqında danışıb.

Ardınca Nəfəs LGBT Azərbaycan Alyansının prezidenti Cavid(Atilla) Nəbiyev təşkilatın missiyası və yaradılma hədəfləri, həyata keçirdikləri kampaniya və layihələr barəsində məlumat verdi. Həmçinin o, istər cəmiyyətdə, istər hüquq mühafizə orqanlarında mövcud olan və artan homofobiyadan, onun aradan qaldırılması üçün qanunvericiliyin olmamasından danışıb.

Forumun ikinci hissəsində ILGA Avropanın(Beynəlxalq Lezbiyan Gay Assossiasiyası) Programlar üzrə Direktoru Bjorn Van Roozendaal forum iştirakçılarına video lentlə müraciət edib. Bakıda baş tutan forumda cənab Roozendaalın da iştirakı nəzərdə tutulsa da son anda viza problemləri yarandığından Azərbaycana səfər baş tutmayıb. Roozendaal müraciətində bildirib ki, Avropa Şurasına üzv ölkə kimi Azərbaycan digər ölkələr kimi bir sıra öhdəliklərə sahibdir və həmin öhdəliklər hər bir Avropa Şurasına üzv ölkə üçün prioritetlərdən olmalıdır. Həmçinin o ILGA Avropanın son illər Cənubi Qafqaz ölkələrinə böyük diqqət ayırdığını vurğulayıb. O bildirib ki, hər bir LGBT fərdi öz dövlətini onun hüquqlarını tanıması və müdafiə etməsi üçün inandırmalı və məcbur etməlidir.

Azərbaycanda gender hüquqlarının vəziyyəti, qadın hüquqları və gender zəminində baş verən zorakılıqlar, problemlər barəsində hüquqşunas Asima Nəsirli məlumat verib. O bildirib ki, qadınların sosial status baxımından kişi tərəfindən asılı olduğu üçün o iqtisadi azadlığa sahiblənə bilmir. Buna səbəb qadınların təhsil imkanlarının erkən nigaha girməyə məcbur etməklə əllərindən alınmasıdır. Həmçinin o bildirib ki, cəmiyyətdə gender zəminində zorakılığın olması əslində kişilərin daha çox dominantlıq etməsi və idarəetmədə daha çox iştirak etməsidir. Nümunə olaraq Azərbaycanın heç bir şəhərinin qadın baş prokurorunun və ya icra başçısının olmadığını göstərmək olar deyə fikirlərini bildirib.

Forumun sonunda “Sevgi, ehtiyacınız olan təş şey!” adlı filmin nümayişi keçirildi. Film Nəfəs LGBT Azərbaycan Alyansının könüllüləri tərəfindən Azərbaycan dilinə tərcümə edilərək səsləndirilib. Film Heteroseksual olan bir qıza homoseksual münasibətlərin dominantlıq etdiyi cəmiyyət tərəfindən, onun ailəsi, dostları, sinif yoldaşları tərəfindən edilən ayrı-seçkilikdən, zorakılıqdan bəhs edir. Bir sözlə film indiki real vəziyyətin əksi olduğu bir cəmiyyətdən, yəni, homoseksuallığın doğru, heteroseksual münasibətlərin isə günah sayıldığı bir cəmiyyəti təsvir edir.

Sonda qərara alınıb ki, təşkilatlanma və LGBT hüquqlarının inkişaf etdirilməsi üçün görüşlər, dəyirmi masalar keçirilsin.

{AG rootFolder="/images/sampledata/" thumbWidth="200" thumbHeight="120" thumbAutoSize="none" arrange="priority" backgroundColor="ffffff" foregroundColor="808080" highliteColor="fea804" frame_width="500" frame_height="300" newImageTag="0" newImageTag_days="7" paginUse="0" paginImagesPerGallery="10" albumUse="1" showSignature="0" plainTextCaptions="0" ignoreError="0" ignoreAllError="0" template="classic" popupEngine="fancybox"}LGBT-GENDER-2014{/AG}

Son redaktə Bazar ertəsi, 14 Sentyabr 2015

Şərh əlavə et


Mühafizə kodu
Yenilə

Haqqımızda

Nəfəs LGBT Azərbaycan Alyansı 27 dekabr 2012 – ci il tarixində yaradılıb.

Missiyamız LGBT insanların Azərbaycanda ictimai – siyasi rifahını yaxşılaşdırmaqdır.

Bizimlə Əlaqə

Facebook

Twitter