wrapper

Beaking News

Campaign photoDüşünürük ki, Avropaya insan hüquq və azadlıqları tam inkişaf etməmiş Azərbaycan lazım deyil. Azərbaycan dövləti sədirlik etdiyi qurum qarşısında üzərinə götürdütü öhdəlikləri, o cümlədən LGBT sahəsində etməli olduğu islahatları həyata keçirməlidir. Bu səbəbdən parlamentariləri bu kampaniyaya qoşulmağa çağırırıq.

 

1992-ci ilin martın 2-dən BMT-nin, 2001-ci ilin yanvarın 25-dən isə Avropa Şurasının üzvü olmuş Azərbaycan 220-dən artıq beynəlxalq müqavilənin iştirakçısıdır ki, bunların da təxminən yarısı bilavasitə və ya doloyısı ilə insan hüquq və azadlıqları ilə bağlıdır. Lakin, indiyə qədər sırf LGBT hüquqlarının inkişaf etdirilməsi, istər hüquqi müdafiə, istər təhsil, istər səhiyyə, istərsə də əmək hüquqlarını əhatə edən qanunvericilik layihələrinin qəbulu və icrasında heç bir ciddi addımlar atılmayıb. Təşkilat olaraq Nəfəs LGBT Azərbaycan qeydiyyata alınmır.

Qanunvericilikdəki boşluqlar nifrət cinyətlərinin qarşısını almağa imkan vermir. Hüquq mühafizə orqanları öz fəaliyyətləri zamanı qanunları deyil də, cəmiyyət tərəfindən formalaşmış homofobik fikirləri üstün tutular.

Ümumdünya səhiyyə təşkilatı 1990 – cı ildə homoseksualllığı Xəstəliklərin Beynəlxalq Sinifləndirmə siyahısından çıxarıb və dünyanın bir çox inkişaf etmiş ölkələrində homoseksuallığın müalicəsi cinayət kimi qəbul edilir. Azərbaycanın da bu möhtəbər quruma üzv olmasına baxmayaraq hələ də ölkənin təhsil və səhiyyə siyasətində xəstəlik kimi tədris olunur. Təhsil müəssisələrində LGBT hərəkatı ümumiyyətlə mövcud deyil.

Hüquq mühafizə orqanlarının əməkdaşları özlərinə LGBT insanı müdafiə etməyi sıxışdırmır və qeyri – ciddi yanaşır, zərərçəkən şəxs ələ salınlır. Bununla yanaşı zərərcəkənin anonimliyi qorunmur. Hüquq mühafizə orqanları tərəfindən daha çox zorakılığa məruz qalan sosial qrup transseksual insanlardır. Onlar yalancı narkotik böhtanları ilə saxlanılaraq həbs edilir.

Əmək münasibətlərində problem daha ciddi xarakter daşıyır. Təşkilatımız tərəfindən keçirilən sorğu bunu əyani şəkildə təsdiq edir. (http://goo.gl/Z5SfK1).

Son redaktə Bazar ertəsi, 14 Sentyabr 2015

Şərh əlavə et


Mühafizə kodu
Yenilə

Haqqımızda

Nəfəs LGBT Azərbaycan Alyansı 27 dekabr 2012 – ci il tarixində yaradılıb.

Missiyamız LGBT insanların Azərbaycanda ictimai – siyasi rifahını yaxşılaşdırmaqdır.

Bizimlə Əlaqə

Facebook

Twitter