wrapper

Beaking News

2Nəfəs LGBT Azərbaycan “LGBT iş mühiti” sorğusunun nəticələrini sizlərə təqdim edir. Sorğu müxtəlif bank, turizm, səhiyyə, təhsil, kiçik və böyük ticarət mərkəzləri, QHT – lər arasında aparmaqla 500 respondenti əhatə edib. Sorğu 2 formada keçirilib – online və respondentlə birbaşa ünsiyyətdə olmaqla. 8 bölgəni əhatə edən sorğunun keçirilməsində əsas məqsəd LGBT insanların iş mühitində üzləşə bildiyi neqativ halların, ümumilikdə iş mühitində onlara olan münasibəti, respondentlərin LGBT mövzusunda olan biliklərini müəyyənləşdirməkdən ibarət olub.

 

Sorğu 4 komponentə əsasən aparılıb – gender, yaş, təhsil, ailə vəziyyəti. Respondentlərin böyük əksəriyyəti 18 – 35 yaş(68%) qrupuna daxil olan şəxsləri olub.

Əldə olunan nəticələr göstərir ki, LGBT insanlar, əsasəndə gay və transgender şəxslər bu sahədə çoxlu sayda problemlərlə üzləşirlər. Respondentlərin 64 % – i LGBT insanlarla birlikdə işləmək istəmir və 60 % insan ümumilikdə LGBT insanlara münasibəti neqativdir. Bununla yanaşı 60 % respondent sahibkar – işə götürən olduğu zaman LGBT insanları işə götürməkdən imtina edəcəyini bildirib.
Bizim üçün maraqlı olan məqamlardan biri də odur ki, respondentlər işləmədikləri insanlar haqqında nə düşünürlər. 52 % respondent homoseksuallıq və biseksuallıq haqqında məlumatlı olduğunu bildirsələrdə, onun yaranma səbəblərinə verdikləri cavablar da müxtəlif olub. Respondenlərin 52 % – i homoseksuallıq və biseksuallığı anadan gəlmə xəstəlik , 28 % – i isə sadəcə həmin şəxsin özünün seçdiyi həyat tərzi kimi qiymətləndirib. Maraqlısı odur ki, heç kəs bunun təbii yaradılış olduğunu bildirməyib. 12 % respondent isə bunun ailə və ya ətraf mühitdən gələn psixoloji və fiziki təsirin nəticəsi kimi qiymətləndirib.

Sorğunun nəticələri bizə onu deməyə əsasə verir ki, respondentlər cəmiyyətin timsalında münasibət bildirdikləri insanlar haqqında düzgün məlumatlı deyillər. Bunun kökündə isə maarifləndirmənin olmaması durur. Bu da asılıdır dövlətin yürütdüyü təhsil siyasətindən. Azərbaycan dövlətinin qoşulduğu konvensiyalara dayanaraq bu istiqamətdə təhsil sistemində islahatlar aparmalı olduğunu düşünürük. Nəzərə alsaq ki, respondentlərin 76 % – i orta və ali təhsilli olduqları halda homoseksuallıq və biseksuallıq haqqında düzgün məlumatları yoxdur, deməli, bu islahatların aparılması, təhsil sistemində homoseksuallıq və biseksuallığa yer verilməsi şərtdir.

sorğunu prezi formatda izləmək istəyənlər bu linkə daxil ola bilərlər: http://prezi.com/srbzpq14upcr/lgbt-is-muhiti-sorgusu-nfs-lgbt-azrbaycan-alyans/

3

4

5

6

7

8

9

10

 

 

Son redaktə Bazar ertəsi, 14 Sentyabr 2015

Şərh əlavə et


Mühafizə kodu
Yenilə

Haqqımızda

Nəfəs LGBT Azərbaycan Alyansı 27 dekabr 2012 – ci il tarixində yaradılıb.

Missiyamız LGBT insanların Azərbaycanda ictimai – siyasi rifahını yaxşılaşdırmaqdır.

Bizimlə Əlaqə

Facebook

Twitter