wrapper

Beaking News

Sosial şəbəkələrdə yayılmış görüntüyə əsasən, hadisə Bakı şəhərində yerləşən xəstəxanalardan birində baş verib. Həkimlə mübahisə edən transvestit yüksək səslə qışqıraraq öz haqqını tələb edir: "Dəxli var? Sual verirəm sizə. Nəyinə lazımdır ki, kişiyəm və ya qadınam? Bura Azərbaycandır. Müasir ölkənin müasir vətəndaşıyam. Öz işinlə məşğul ol".

Video görüntüdən aydın olur ki, tibbi xidmət üçün xəstəxanaya gedən transvestit kimliyi səbəbindən problemlə üzləşib və nəticədə mübahisə yaranıb.

Ölkə rəsmiləri, Azərbaycanda gender zəminində  heç bir diskriminasiya halının olmadığını iddia etsə də, baş verən hadisə bu fikirləri təqzib edir.

Qeyd edək ki, Azərbaycanda LGBTT fərdlərinin diskriminasiya və psixoloji zorakılıq hallarıyla ən çox üzləşdiyi sahələrdən biri də səhiyyədir. Səhiyyə nazirliyinin Nəfəs LGBT Azərbaycan Alliyansının bu ilin əvvəllərində göndərdiyi rəsmi sorğuya cavab olaraq bildirmişdi ki, homoseksuallıq Azərbaycan səhiyyə sistemində xəstəlik kimi tanınmır. Buna baxmayaraq, çoxlu sayda LG fərdlər “normallaşdırma” adı altında ailələrinin təzyiqi altında dövlət xəstəxanalarında qanunsuz olaraq “müalicə” edilirlər. Qanunsuz olan bu prossesdə həmçinin səhiyyə nazirliyindən fəaliyyət üçün lisenziya alan psixoloqlar və psixoterapeftlər də iştirak edirlər. 

Son redaktə Çərşənbə, 06 İyul 2016

Media

Şərh əlavə et


Mühafizə kodu
Yenilə

Haqqımızda

Nəfəs LGBT Azərbaycan Alyansı 27 dekabr 2012 – ci il tarixində yaradılıb.

Missiyamız LGBT insanların Azərbaycanda ictimai – siyasi rifahını yaxşılaşdırmaqdır.

Bizimlə Əlaqə

Facebook

Twitter