wrapper

Beaking News

Bir neçə gün öncə Ermənistan hakimiyyətinin yalanlarını və Ermənistan cəmiyyətinin “əsl” reallığını göstərmək məqsədilə “Hye Reality” adlı animasiya serialı kimi nəzərdə tutulan videoçarx layihəsi başlanılıb. Təşkilat olaraq bizim diqqətimizi çəkən və daha çox narahat doğuran məqam yayımlanan animasiyada homoseksuallıq mövzusuna toxunulmasıdır. Videoçarxda açıq-aşkar göründüyü kimi, Ermənistan prezidentinin köynəyi və nazirlərin qalstukları LGBT bayrağını əks etdirir. Yaradıcıların məqsədi Ermənistan cəmiyyətini alçaltmaq olsa da, biz təşkilat olaraq bu hadisəyə etiraz edirik. Etirazımız patriot fərdlərin Ermənistan siyasi hökümətinin yalanlarını ifşa etməyə deyil, sırf bu cür mövzuda homoseksuallığın alət olunmasınadır.

Məlumdur ki, coğrafi mövqeyindən, milliyyətindən, dinindən, irqindən asılı olmayaraq, dünya əhalisinin 2-4%-ə qədərini LGBT insanlar təşkil edir. Homoseksual fərdlər Ermənistanda olduğu qədər Azərbaycanda da var. O cümlədən, dünya əhalisinin məskunlaşdığı istənilən nöqtədə mövcuddur. Homoseksuallığı sırf bir xalqa, yəni Ermənistan cəmiyyətinə aid etmək və bunun alçaltma xarakteri daşıması absurddur. Ümumilikdə bir şəxsin cinsi oriyentasiyası onun insani keyfiyyətlərindən xəbər vermir və təhqir kimi istifadə oluna bilməz. Üstəlik, Ermənistanda homofobiyanın səviyyəsi ən azı bizimki qədər yüksəkdir. Belə olduğu halda homoseksuallığın mənfi bir cəhətmiş kimi aşılanması və guya yalnız ermənilərə xas olması fikri nəyə əsaslanır?!

Azərbaycanda kifayət qədər vətənpərvər, ölkəsini sevən və cəmiyyətə faydalı olan homoseksual fərdlər yaşayır. Onların “erməni simvoluna” çevrilməsi bilavasitə hüquqların tapdalanması və ləyaqətlərinin alçaldılmasıdır. Əgər məqsəd Ermənistan siyasi hakimiyyətinin yalanlarını ifşa etmək və bunu dünyaya çatdırmaqdırsa, bu cür yanaşma əslində ümumi məqsədə böyük bir ziyan vurmuş oldu. İndiyə qədər “Azərbaycan dünyanın ən tolerant cəmiyyətlərindən biridir” mesajını yaymağa çalışan dövlətimizin bütün səyləri iflasa uğradı. Hazırlanan animasiyada bəlkə də həqiqətən doğru faktlar göstərilə bilər. Lakin, onu izləyən və Azərbaycan-Ermənistan haqqında heç bir fikrə sahib olmayan fərd hansı qənaətə gələcək? Cavab aydındır… Əlbəttə ki, göstərilən bütün səylər boşa gedəcək. Bununla açıq açkar aydın olacaq ki, Azərbaycan tolerant bir ölkə deyil və homoseksual mövzusuna çox mənfi yanaşır ki, belə bir vasitəyə əl atır. Məlumdur ki, belə bir layihənin hazırlanması kifayət qədər maliyyə və digər resurslar tələb edir. Biz özümüzə sual verməliyik ki, sərf olunan bu qədər əməyin dövlətimizə hansı faydaları toxunacaq? Həmin maliyyə və zəhmət xalqımızın başına gətirilən faciələrin dünyaya tanıdılması üçün istifadə oluna bilməzdimi?

Eyni zamanda bütün bunlar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Avropa Parlamentində çıxışı zamanı səsləndirdiyi fikirləri tamamən alt-üst etdi. Xatırladaq ki, cənab prezident Avropa Parlamentində Azərbaycanda LGBT hüquqlarının vəziyyəti ilə bağlı suala cavab verərkən bildirmişdi ki, Azərbaycandakı vəziyyət Norveçin LGBT hüquqlarına göstərdiyi münasibətlə eynidir.

Bizim mövqeyimiz odur ki, LGBT mövzusu heç bir zaman siyasi mövzulara alət olmamalıdır.

Hazırlanan vieoya baxmaq üçün daxil olun

Son redaktə Cümə, 19 Fevral 2016

Şərh əlavə et


Mühafizə kodu
Yenilə

Haqqımızda

Nəfəs LGBT Azərbaycan Alyansı 27 dekabr 2012 – ci il tarixində yaradılıb.

Missiyamız LGBT insanların Azərbaycanda ictimai – siyasi rifahını yaxşılaşdırmaqdır.

Bizimlə Əlaqə

Facebook

Twitter