wrapper

Beaking News

22 Yanvar tarixi>Nefes LGBT Azerbaijan Alliance 2014 - cü ildən bu yana Azərbaycanda Homofobiya və Transfobiya ilə Mübarizə Günü” kimi qeyd olunur. Bu məqsədlə onlayn kampaniya başlanılıb. 

Bu tarix bizim hər birimiz üçün çox önəmlidir. Bu gündə Azərbaycanda nifrət cinayətləri, homofobiyaya və transfobiyaya YOX demək üçün birlik göstərməliyik. Mübarizəmiz çox gəncdir. Məqsədimiz insanlara var olduğumuzu, nifrətlərinin əsassız olduğunu, birlikdə yaşamağın mümkün olduğu mesajənı çatdırmaqdır. Bu mübarizədə biz tək deyilik! Ətrafımızda çoxlu saytda heteroseksual insanlar da vardır ki, bu mübarizədə bizə dəstək olur və bizim ilə eyni şüarı paylaşırlar.

Bizə qarşı cəmiyyətin nifrəti fonunda biz yenə də cəmiyyətə bu gün öz sülh mesajımızı göndəririk. Hər bir kəsi fərdi azadlıqlara, başa insanın şəxsi həyatına, kimliyinə, cinsi mənsubiyyətinə dözümlü olmağa, hörmət etməyə çağırırıq. Homoseksuallıq əxlaqsızlıqla bərabər tutulmamalıdır. Bu seçim deyil. Necə ki, sizin heç biriniz kişi və ya qadın doğulacağınızı, öz valideyinlərinizi, doğulacağınız məkanı seçə bilmədiyiniz kimi, biz də bu hissləri nə seçə, nə də unuda bilərik. Seçim sadəcə sizin əlinizdədir. Nifrəti yox, sülhü, sevgini, bərabərliyi seçin. Bu həqiqətən də çox asandır. Humanist ol, yetər!

 

Bu məqsədlə Nəfəs hər kəsi kampaniyaya qoşulmağa dəvət edir:

1. Bizimlə eyni fikiri paylaşan hər kəsdən xaişimiz odur ki, bu şəkili 23 yanvar tarixinə qədər öz profil şəkillərini eyniləşdirməyə dəvət edirik. 
2. Facebook dostluğunuzda olan insanları profil şəkli aksiyamıza cəlb etməyi xaiş edirik.
3. Facebook dostluğunuzda olan insanları yaradılmış eventə əlavə etməyi xaiş edirik.
4. 22 Yanvar tarixində hər birinizi facebook və ya twitterdə yazacağınız statuslarda aşağıdakı haştaqları istifadə etməyə çağırırıq. Məqsəd sosial media vasitəsi ilə daha çox insanı bu tarixi günün məqsədi barədə məlumatlandırmaqdır.

#NifreteSon
#StopHomofobiya
#StopTransfobiya
#LGBTAzerbaycan
#SusmaDanish

 

 

Son redaktə Cümə axşamı, 21 Yanvar 2016

Şərh əlavə et


Mühafizə kodu
Yenilə

Haqqımızda

Nəfəs LGBT Azərbaycan Alyansı 27 dekabr 2012 – ci il tarixində yaradılıb.

Missiyamız LGBT insanların Azərbaycanda ictimai – siyasi rifahını yaxşılaşdırmaqdır.

Bizimlə Əlaqə

Facebook

Twitter