wrapper

Beaking News

Nəfəs LGBT Azərbaycan Alliansının rəhbəri Cavid Nəbiyev 8-12 Dekabr tarixlərində Avropa Birliyi parlamentində baş tutan "Avropa, Cənubi Qafqazda LGBT hüquqlarına dəstək olaq" adlı konfransda iştirak edib. 

Konfrans Cənubi Qafqazdan olan LGBT aktivistlər üçün ictimai məkanı təmin etməyə, Cənubi Qafqazda LGBT hüquqlarına riayət olunma və qorunma vəziyyəti və bunların LGBT-lərin gündəlik reallığına necə təsir göstərdiyi haqqında mülahizələri paylaşmağa yönəlmişdir.

Konfrans zamanı iki paneldə çıxış edən Cavid Nəbiyev QHT qanunvericiliyi və onun LGBT təşkilatlarının fəaliyətinə təsiri, Azərbaycanda anti - gay propaganda qanunvericiliyinin qəbul edilməsi ehtimalı mövzusunda Avropa millət vəkillərinə təqdimat edib. 

Bununla yanaşı program çərçivəsində bir sıra önəmli görüşlər keçirilmişdir. Avropa Parlamentinin vitse prezidenti Ulrike Lunaceklə görüş zamanı Azərbaycandakı media və yüksək səviyyəli şəxslər tərəfindən nifrət çağırışlarının nifrət nicayətlərinin artmasına təsiri məsələləri müzakirə olunub. Cavid Nəbiyev bu halların aradan qaldırılması üçün nifrət cinayətləri, nifrət çağırışları qanunvericiliyinin Azərbaycanda qəbul edilməsinin labüdlüyünü vurğulayıb. 

Elisabeth Edland ilə görüşdə Azərbaycanda ailədaxili şiddətin artması, qadınlara qarşı şiddət və zorakılığın möcud vəziyyətindən bəhs edən Cavid Nəbiyev anti-diskriminasiya qanunvericiliyin qəbul edilməsinin önəmliyini vurğulayıb. Qeyd edək ki, Elizabeth Edland İnsan haqları və demokratiya İdarəsinin Avropa xarici fəaliyyətlər üzrə xidmətinin(EEAS) Qafqazda insan haqları ilə bağlı siyasi məsələlər üzrə ofiseridir.

Bununla yanaşı Cavid Nəbiyev EEAS - nin Avropa Qonşuluq siyasəti üzrə koordinatoru Mihaela Vasiu, Parlament vəkilləri Ernest UrtasunTerry Reintke, EEAS - in İnsan Hüquqları strategiya və siyasətin həyataya keçirilməsi şöbəsinin rəhbəri Ricardo Serri, Avropa Bərabərlik Şəbəkəsinin icraçı direktoru Anne Gaspard, ILGA Avropanın programlar üzrə direktoru Björn van Roozendal ilə görüşlər keçirib. 

12362953 10153326137656234 2505098986246095117 o

12363070 10153326137481234 8014259690044472125 o

12339166 10153326137476234 6050952609333967230 o

 

Son redaktə Bazar, 13 Dekabr 2015

Şərh əlavə et


Mühafizə kodu
Yenilə

Haqqımızda

Nəfəs LGBT Azərbaycan Alyansı 27 dekabr 2012 – ci il tarixində yaradılıb.

Missiyamız LGBT insanların Azərbaycanda ictimai – siyasi rifahını yaxşılaşdırmaqdır.

Bizimlə Əlaqə

Facebook

Twitter