wrapper

Beaking News

ILGA Avropanın 2015-ci il indeksində Azərbaycan Avropa Şurasına daxil olan 49 ölkə sırasında sonuncu yerdə qərarlaşıb. Hesabatın hazırlanması zamanı müxtəlif isitqamətlərdə LGBT hüquqlarının mövcud durumu nəzərə alınıb. Buraya nifrət cinayəti və nifrət çağırışları ilə əlaqədar qanunvericilik, transgender və interseks insanlarla əlaqədar qanunvericilik, gender bərabərliyi və əmək hüququ qanunvericiliyi, nikah hüququ, vətəndaş nikahı, səhiyyə və tibbi xidmət hüququ, LGBTQİ insanların hüquqi müdafiəsi və bunun üçün hüquqi bazanın mövcud vəziyyəti kimi məsələlər daxil edilib.

Təşkilat olaraq yuxarıda sadalanan bir çox məsələlər üzrə mütəmadi olaraq müraciətlər əldə edirik. Bu müraciətləri nəzərə alaraq “Mənim hüququm” adlı kampaniyanın icrasına başlanılır. Hüquqi problemlərlə qarşılaşan və ya hər hansısa bir mövzuda sualları olan şəxslər təşkilatın rəsmi saytında Hüquqi Yardım bölməsinə daxil olmaqla suallarını ünvanlaya biləcəklər. Online hüquqi yardımın məqsədi LGBTQI fərdlərinin hüquqi biliklərinin artırılmasına nail olmaqdır.


Kampaniya zamanı hüquqi maarifləndirmə ilə yanaşı digər məqsəd problemin yaranma səbəblərinin, mövcud qanunvericilikdə və onun icra mexanizmində çatışmazlıqların öyrənilməsi və monitorinqin aparılmasıdır. Bununla yanaşı, kampaniya çərçivəsində müvafiq icra orqanlarına rəsmi sorğuların göndərilməsi də nəzərdə tutulur.

Son redaktə Şənbə, 24 Oktyabr 2015

Şərh əlavə et


Mühafizə kodu
Yenilə

Haqqımızda

Nəfəs LGBT Azərbaycan Alyansı 27 dekabr 2012 – ci il tarixində yaradılıb.

Missiyamız LGBT insanların Azərbaycanda ictimai – siyasi rifahını yaxşılaşdırmaqdır.

Bizimlə Əlaqə

Facebook

Twitter