wrapper

Beaking News

Bu gün Nəfəs LGBT Alyansı Bakıda IDAHO (Beynəlxalq Homofobiya və Transfobiya ilə Mübarizə Günü) həftəsi çərçivəsində “Queer Tea” adlı çay süfrəsi təşkil edib. Görüşün məqsədi fərqli insanları bir araya gətirmək, onların problemlərini dinləmək, nə düşündüklərini öyrənmək və maraqlı müzakirələr aparmaq olub.

 

Tədbir zamanı iştirakçılar müxtəlif mövzulara toxunublar. Onlar, sosial həyatda, məişət həyatında baş verən bir sıra problemləri bölüşüblər. Söhbət zamanı həmçinin  Azərbaycanda homofobiyanın vəziyyəti, “homoseksual homofoblar” fenomeni, coming-out, lesbiyanların yaşadıqları çətinliklər və s. kimi digər önəmli mövzular ətrafında da müzakirələr aparılıb.  Tədbir iştirakçıları təşkilatçılara tədbirin təşkili üçün öz minnətdarlıqlarını bildiriblər. Vurğulayıblar ki, bu kimi tədbirlərin silsilə xarakterli olması çox önəmlidir. 

Son redaktə Cümə axşamı, 22 Oktyabr 2015

Şərh əlavə et


Mühafizə kodu
Yenilə

Haqqımızda

Nəfəs LGBT Azərbaycan Alyansı 27 dekabr 2012 – ci il tarixində yaradılıb.

Missiyamız LGBT insanların Azərbaycanda ictimai – siyasi rifahını yaxşılaşdırmaqdır.

Bizimlə Əlaqə

Facebook

Twitter