wrapper

Beaking News

13 May tarixində Bakıda Nəfəs LGBT Azərbaycanın təşkilatçılığa ilə Bowling çempionatı keçirilib. Tədbir 17 May Beynəlxalq
Homofobiya, Transfobiya və Bifobiya ilə Mübarizə Günü çərçivəsində təşkil olunub. İdeyanın mahiyyəti LGBT və Heteroseksual insanları bir arada toplamaq və onlarla birlikdə cəmiyyətə müsbət mesaj göndərməkdən ibarətdir.

Çempionat iştirakçıları bərabərlik, sülh üçün yarışaraq həm LGBT fərdlərin, həm də Heteroseksual insanlarla eyni mühiti paylaşmanın, birlikdə əylənməyin mümkünlüyünü ifadə ediblər. Çempionatın missiyası bərabərlik üçün yarış olduğundan sonda heç bir qalib meəyyən olmayıb.

Nəfəs LGBT İDAHO həftəsi çərçivəsində həyata keçirdiyi digər tədbirlər.

1.Queer Çay – Tədbirin məqsədi LGBT fərdləri və onların dostlarını bir araya toplamaq, müaraqlı müzakirələr təşkil etmək, şəxsi hekayələri böluşməkdən ibarətdir. Bu platformanın yaradılma məqsədi sadəcə insanlar arasında müsbət münasibətlər formalaşdırmaq, qorxu hissinin azaldılmasına xidmət edir.

2.Anım Günü – Bu fəaliyyət çərçivəsində Sumqayıt şəhərində Dünyada Nifrət Cinayətlərinin Qurbanı olmuş LGBT fərdlərinin xatirəsinə şam yandırılıb.

Nəzərdə tutulan fəaliyyətlərin məqsədi LGBT insanların cəmiyyətdə müsbət imicinin formalaşmasına, LGBT insanlarla Heteroseksual insanların dialoqunu təşkil etməkdən ibarətdir. 

 

 

Son redaktə Cümə axşamı, 22 Oktyabr 2015

Şərh əlavə et


Mühafizə kodu
Yenilə

Haqqımızda

Nəfəs LGBT Azərbaycan Alyansı 27 dekabr 2012 – ci il tarixində yaradılıb.

Missiyamız LGBT insanların Azərbaycanda ictimai – siyasi rifahını yaxşılaşdırmaqdır.

Bizimlə Əlaqə

Facebook

Twitter