wrapper

Beaking News

Stop-Hate-Crimes t5801 Aprel tarixində Azərbaycan mediası bir daha özünün qeyri – peşəkar, homofobiq olduqunu sübut etdi. Bildiyiniz kimi 1 Aprel Ümumdünya zarafat günüdür. Həmin gün Azərbaycanın əsas media qurumlarından biri olan 1news.az saytında yayımlanan xəbər bizi məyus etdi.

Azərbaycanda həssas bir məqam olan LGBT mövzusundan zarafat kimi istifadə edərək cəmiyyətdə adviatajın yaranmasına, nifrət çağırışlarının artmasına səbəb oldu. Belə ki, media qurumu tərəfindən yayımlanan xəbərin məzmunu, Bakıda Gay paradın keçirilməsindən ibarət idi.

Həmçinin, xəbər məlumatının içində qeyd olunmuşdur ki, paradın keçirilmə tarixi və məkanı Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılıb. Və sonradan həmin informasiya xəbər lentindən yığışdırılıb. Belə bir zarafatı biz satəcə “HateJoke” adlandıra bilərik və həmin gün sosial şəbəkələrdə çoxlu sayta insanın mənfi reaksiyasına, “HateSpeech”in artmasına səbəb olmuşdur. Daxilində də homoseksual işçilərin çalışmasına baxmayaraq, media qurumumun belə iyrənc formada publika ilə zarafat etməsini bizi məyus etdi. Qısa keçmişə nəzər salsaq, bu media qurumunun Nəfəs LGBT fonunda Azərbaycanda yaşayan LGBT – ləri tənqid etməsi, təşkilatın fəaliyyətini, Bakı Avropa Oyunları ilə əlaqədar keçirəcəyimiz “Bərabərlik Üçün Yarış!” kampaniyasını dövlətə qarşı təxribatçılıqda ittiham etmişdir. Bu fakt onu göstərir ki, media qurumunun etdiyi 1 aprel zarafatında heç də məsumiyyət hiss olunmur. Bu daha çox, Homofobiyadan irəli gələrək LGBT insanlara qarşı təhqir, ələsalma kimi qiymətləndirilir. Bu səbəbdən etdiyi yalnış hərəkəti düzəltməyi, media qurumunun rəsmi olaraq LGBT insanlardan üzr istəməyini tələb edirik.

Son redaktə Bazar ertəsi, 14 Sentyabr 2015

Şərh əlavə et


Mühafizə kodu
Yenilə

Haqqımızda

Nəfəs LGBT Azərbaycan Alyansı 27 dekabr 2012 – ci il tarixində yaradılıb.

Missiyamız LGBT insanların Azərbaycanda ictimai – siyasi rifahını yaxşılaşdırmaqdır.

Bizimlə Əlaqə

Facebook

Twitter