wrapper

Beaking News

EylulNifrət canlar almağa davam edir. Bu dəfəki qurban isə 1992 – ci il doğumlu trans qadın Eylul Cansın oldu. Harda baş verməsindən asılı olmayaraq nəticədə bir insan öz dünyasını dəyişib. LGBT insanların vəfatı digər ölümlərdən çox fərqlidir. Ona görə fərqlidir ki, heteroseksist cəmiyyət öz davranışı, nifrəti ilə bizlərin həyatını çətinləşdirir, ölümə sürükləyirlər. Bu dəfəki ölüm də İsa Şahmarlı, Okyanus Efe Özyavuz, Figenin ölümündən fərqlənmir.

Necə ki, Eylul Cansın son sözlərində dediyi kimi: “Bacarmadım, bacarmadım, çünki, insanlar mənə imkan vermədilər. İşləyə bilmədim, bir şeylər etmək istədim, bacara bilmədim... Başa düşdünüzmü? Mənə çox mane oldular, məni çox əzdilər. Hərkəsi Allah ilə baş – başa buraxıram və Boğaz körpüsünə doğru gedirəm. Hamınızı opürəm, Allah’a əmanət olun.” 

Çox təəssüf ki, Azərbaycandakı  siyasi durum bu gün Bakıda Eylul Cansını anmağa imkan vermir. Amma, Nəfəs LGBT olaraq Türk LGBT birliklərinin və fərdlərinin üzüntüsünə şərik oluruq.

Bizim məqsədimiz sizi və övladlarınızı gay, lezbiyan, transgender etmək deyil. İstəyimiz sadəcə sizinlə eyni mühiti bərabər hüquqlu olmaqla paylaşmaqdır. Tələbimiz bizə hörmət etməyinizdir. Nə qədər ki, siz nifrət etməyə davam edəcəksiniz, sizin bu nifrətiniz canlar almağa davam edəcək. Amma, unutmayın ki, biz öz sevgimizdən və rənglərimizdən vaz keçməyəcəyik. Bu gün siz bizə nifrət edə bilərsiz, əmin olun ki, nifrətlə böyütdüyünüz övladlarınız gün gələcək bizim səsimizə səs verəcəklər. Artıq onlar da bizim içərimizdədir. Bizə dəstək olmağa var gücləri ilə davam edirlər. Çünki, onlar bizə özümüzü onlara tanıtmaq şansı verdilər. Biz isə sübut etdik ki, biz xəstə, anormal, günahkar deyilik. Bizim də paylaşa biləcəyimiz bir sevgi var. Nifrət cinayətlərinə son demək üçün bizdən biri olmağınız şərt deyil. Sadəcə Humanis olun, bu yetər!

Son redaktə Bazar ertəsi, 14 Sentyabr 2015

Şərh əlavə et


Mühafizə kodu
Yenilə

Haqqımızda

Nəfəs LGBT Azərbaycan Alyansı 27 dekabr 2012 – ci il tarixində yaradılıb.

Missiyamız LGBT insanların Azərbaycanda ictimai – siyasi rifahını yaxşılaşdırmaqdır.

Bizimlə Əlaqə

Facebook

Twitter