wrapper

Beaking News

Cavid Nəbiyev:  Prezidentin verdiyi cavab 46 – cı yerdə olan Azərbaycanın reallığını əks etdirmir 1016897 511566625619889 7701973118365916019 n

Çox sevindirici haldır ki, rəhbərlik etdiyim Nəfəs LGBT Azərbaycan Alyansı Avropa Parlamentində “Prezident, Cavab Ver” adlı uğurlu kampaniya həyata keçirdi.

Kampaniyanın keçirilməsində əsas məqsəd diqqəti insan hüquq və azadlıqlarının ayrılmaz bir hissəsi olan LGBT hüquqlarına da yönəltmək, həmçinin dövlət başçısı səviyyəsində münasibətin öyrənilməsinə nail olmaq idi. ILGA Europe(International Lesbian Gay Assossation of Europe), həmçinin çoxlu sayda avro parlamentari öz dəstəyini göstərdi. Avropa Şurası Parlament Assambleyasının yay sessiyasında çıxış edərkən gözləmədiyi halda prezident İlham Əliyev LGBT ilə əlaqədar sualla qarşılaşdı. Sualı Norveçin Fəhlə Partiyasının, Avropa Parlamentində Sosialist qrupun üzvü xanım Lise Christoffersen verdi. Onun sualı dövlət olaraq Avropa Şurasına üzv olan bir ölkə kimi üzərinə götürdüyü öhdəliklərdən irəli gələrək Azərbaycan dövlətinin LGBT istiqamətində hansı işləri görməsi ilə bağlı idi. Cənab prezident Azərbaycanda bütün insanların hüquqlarının qorunduğunu və heç bir məhdudiyyət olmadığını bildirdi. Həmçinin “Dediyiniz o insanlarla bağlı da heç bir problem yoxdur, sizin ölkədə vəziyyət necədirsə bizim də ölkədə vəziyyət elədir.” cavabını verib.

Əlbətdə ki, biz bu cavabla razılaşa bilmərik. Ölkədəki ümumi insan hüquq və azadlıqlarının fonunda LGBT hüquqlarının da vəziyyəti məlumdur və heç bir halda Azərbaycanla Norveçi müqayisə etmək olmaz. Azərbaycan Avropa Şurasına üzv 47 ölkə arasında LGBT hüquqlarının vəziyyətinə görə 46 – cı yerdədir. Həmçinin prezidentin LGBT insanları işarə edərkən “o insanlar” sözündən istifadə etməsi prezidentin nə dərəcədə tolerant olduğundan xəbər verir. İndiki məqamda eynicinsli nigah və övladlığa götürmə haqqında qanunvericilikdən danışmaq lüzumsuz olardı. Lakin, nifrət cinayətləri ilə əlaqədar qanunvericiliyin olmaması, təhsil və səhiyyə sistemində hələ də homoseksuallığın xəstəlik kimi adlandırılması, hüquq mühafizə orqanlarının LGBT insanları zorla cinsi münasibətə, həmçinin məcburi əməkdaşlığa cəlb etməsi, ordu və təcridxanalarda gayların zorakılığa məruz qalması və sadalamaqla bitməyən digər səbəblərin olduğu halda bərabər hüquqdan danışa bilmərik.

Xatırlatmaq istərdim ki, bu yaxınlarda, iyunun 4-də Milli Məclisin deputatı, hakim partiyanın Siyasi Şurasının üzvü Məlahət Həsənova öz müsahibəsində bildirib ki: bizim dövlətin də, cəmiyyətin də bununla bağlı öz mövqeyi var, ..., yəni, cinsi azlıqların hüquqlarının tanınması və sair, bizim üçün heç cür qəbulolunan deyil. Biz bunu heç zaman qəbul etməmişik və etməyəcəyik də. Digər bir tərəfdən də Ədliyyə Nazirliyi təşkilatımızı qeydiyyata almır. Artıq 2-ci dəfə qanunda nəzərdə tutulmuş qaydada qeydiyyat sənədlərini göndərsəkdə heç bir əsassız cavab belə yoxdur. Artıq Aprel ayında edilən 2-ci müraciətimizdən qanunla nəzərdə tutulmuş vaxtdan 8 gün keçib. Təbii ki, bununla bağlı növbəti atacağımız addım məhkməyə müraciət etmək olacaqdır. Sadalanan bu iki faktor cənab prezident İlham Əliyevin AŞPA-dakı dünənki çıxışını heçcürə doğrultmur.

Son dönəmlər hüquq müdafiəçiləri, jurnalist, siyasətçi, bloggerlərə olan təzyiqlər məndə də narahatçılıq doğurur. Göstərdiyimiz mövqe, həmçinin Avropa Parlamentində apardığımız kampaniya və prezidentə qarşı gözlənilməz sual hakim dairələrdə birmənalı qarşılanmayacaq. Nəticədə mənə və təşkilatın digər üzvlərinə qarşı müxtəlif formalarda təzyiqlər arta bilər. Ümüd edirəm ki, hakim dairələr bizim bu mövqeyimizi fikir və ifadə azadlığının təzahürü kimi qəbul edərək etdiyimiz tənqidləri növbəti 4 il üçün həyata keçirəcəkləri sosial islahatlar siyahısına əlavə edəcəklər.

Son redaktə Bazar ertəsi, 14 Sentyabr 2015

Şərh əlavə et


Mühafizə kodu
Yenilə

Haqqımızda

Nəfəs LGBT Azərbaycan Alyansı 27 dekabr 2012 – ci il tarixində yaradılıb.

Missiyamız LGBT insanların Azərbaycanda ictimai – siyasi rifahını yaxşılaşdırmaqdır.

Bizimlə Əlaqə

Facebook

Twitter