wrapper

Beaking News

1016897 511566625619889 7701973118365916019 nGənc təşkilat olan Nəfəs LGBT Azərbaycanın son zamanlar aktiv fəaliyyət göstərməsi Azərbaycandakı qeyri – demokratik qüvvələri narahat etməyə başlayıb. Belə ki, təşkilat rəhbərinin İnsan Hüquqları Müdafiəçilərinin iştirakı ilə İsveçdə keçirilən konfransa dəvət alması, o cümlədən Azərbaycandakı siyasi rejimi tənqid etməsi, azad və demokratik seçkilərin keçirilməməsinin insan hüquq və azadlıqlarına, o cümlədən LGBT hüquqlarına təsir etməsini dilə gətirməsi mövcud hakimiyyətin narahatlılığına səbəb olub. Həmin tədbirdən qayıdandan sonra təşkilat rəhbərinə və təşkilata qarşı ictiamiyyət arasında, əsasən də LGBT insanlar arasında nüfuzdan salma kampaniyası aparılmaqdadır.


Bu çirkin kampaniyanın həyata keçirilməsində illərdir Azərbaycanda yeganə LGBT təşkilatı kimi fəaliyyət göstərən və hakimiyyətlə sıx əməkdaşlıq edən Gender və Tərəqqi(Gender and Development) təşkilatından istifadə edilməkdədir. Belə ki, təşkilat rəhbərliyi başda olmaqla, təşkilatın əməkdaşları Nəfəs LGBT Azərbaycan Alyansının rəhbəri Cavid(Atilla) Nəbiyevi sosial şəbəkələrdə təhqir etməklə, şantaj və hədə-qorxu gəlməklə məşquldur.

Belə bir rəftar həmin təşkilat üzvləri tərəfindən birinci dəfə deyil. Eyni hadisələr Yanvar ayında intihar edən Azad LGBT sədri İsa Şahmarlıyla əlaqədar Nəfəs LGBT Azərbaycan Alyansının həyata keçirdiyi mətbuat konfransından sonra da baş vermişdi. Həmin şəxslər təşkilat rəhbərinə qarşı facebook sosial şəbəkəsində təhqirlər edirdilər. Həmin mətbuat konfransında, o cümlədən yerli və xarici media qurumlarına verdiyi intervyularda Cavid(Atilla) Nəbiyev Azərbaycandakı qeyri-demokratik quruluşdan, və mövcud siyasi sisteminLGBT hüquqlarına təsir etməsindən, islahatların keçirilməsində maraqlı olmamasını vurğulamışdır.

Bununla yanaşı Nəfəs LGBT Azərbaycan Alyansının rəhbəri Gender və Tərəqi təşkilatını geniş resursları olmasına baxmayaraq illərdir homofobiyanın aradan qaldırılması, hüquqi bazanın inkişaf etdirilməsi istiqamətində heç bir fəaliyyət göstərməməsi, əməkdaşlıq etdiyi beynəlxalq təşkilatları “Azərbaycanda insan hüquqları pozulmur” kimi ifadələrlə reallığa xas olmayan yalnış informasiyalarla aldatması, İsa Şahnarlının cinayət işi ilə maraqlanmaması üçün tənqid etmişdir. Əvəzində isə təhqirlər ilə dolu münasibətlə qarşılaşmışdır. Hətta həmin şəxslər Cavid(Atilla) Nəbiyevin illərdir Azərbaycanda ifadə azadlığı və seçki hüququ sahəsində apardığı fəaliyyəti “Hakimiyyətin düşməni”, “Müxalifətçi” və buna bənzər fikirlər işlətməklə LGBT insanlar arasında təşkilat rəhbərinə qarşı pravakativ işlər görməkdədirlər.

Bütün bu hallar bizə deməyə əsas verir ki, Gender və Tərəqqi təşkilatının etdiyi bu hərəkətlər bir başa aidiyyatı qüvvələrin marağına xidmət etməkdədir. Beynəlxalq ictimaiyyəti və həmin təşkilatla əməkdaşlıq edən beynəlxalq təşkilatları mövcud vəziyyətə münasibət bildirməyə, Gender və Tərəqqi təşkilatını beynəlxalq tədbirlərdə iştirak edərkən Azərbaycanda insan hüquqlarının pozulmadığını deyərək əməkdaşlıq etdiyi təşkilatları aldatmamağa, qara pr alətinə çevrilməməyə, ictimaiyyət, o cümlədən LGBT insanlar arasında Nəfəs LGBT Azərbaycan Alyansı və onun rəhbərinə qarşı mənfi təbliğat aparmamağa çağırırıq.

Nəfəs LGBT Azərbaycan 2012 – ci ilin dekabrında Azərbaycanda insan hüquq və azadlıqlarının, o cümlədən LGBT hüquqlarının inkişaf etdirilməsi və qorunması, bu istiqamətdə qanunvericilik islahatlarının aparılması, homofobiya və nifrət cinayətlərinin aradan qaldırılması məqsədi ilə yaradılıb.

Son redaktə Bazar ertəsi, 14 Sentyabr 2015

Şərh əlavə et


Mühafizə kodu
Yenilə

Haqqımızda

Nəfəs LGBT Azərbaycan Alyansı 27 dekabr 2012 – ci il tarixində yaradılıb.

Missiyamız LGBT insanların Azərbaycanda ictimai – siyasi rifahını yaxşılaşdırmaqdır.

Bizimlə Əlaqə

Facebook

Twitter