wrapper

Beaking News

konfransBu gün Repartyorların Azadlğı və Təhlükəsizlik İnstitunun ofisində Nəfəs LGBT Azərbayan Aylansı və Azad LGBT Azərbaycan mətbuat konfransı keçirib. Görüşdə çoxlu sayda vətəndaş cəmiyyəti nümayəndələri, Avropa İttifaqı, Norveç və Almaniya səfirlikləri iştirak ediblər. Görüşün sonunda son günlər baş verən intihar hadisələri, əsasəndə İsa Şahmarlının ölümü və ölkədəki LGBT hüquqlarının vəziyyəti ilə bağlı hər iki təşkilat bəyanat yayıb.

İsa Şahmarlı son sözlərində dediyi kimi: “Hamınız ölümümdə günahkarsız…”

Bəli, hər bir fərd İsa Şahmarlının və onun kimi digərlərinin ölümündə günahkardır. Homofobist cəmiyyət, onun formalaşdırdığı qorxunc, faşist zehniyyətə dur deyilməzsə, bu nifrət daha çox canlar alacaq. Təəssüf ki, cəmiyyətimiz təsəvvür belə etmədiyi faşizmlə baş-başadır. İnsanımız İsa Şahmarlı haqqında “o, müsəlmanların qəbiristanlığında dəfn edilməməlidir” fikirləri ilə, cəsədini hətta yumayaraq torpağa tapşırmaqla, onun məzarını dağıtmaqla, onu yad etməyə gələnlərə daş atmaqla insanlıqdan kənar olduğunu bir daha sübut etdi. Ölmüş birinin arxasından ”Müsəlmanlıq” adına küfrlər etdilər. Halbuki bizim bildiyimiz müsəlmanlıqda ölünün arxasından danışılmaz. Təəssüf ki, o insanlar İslamdan zorakılıq üçün istifadə etdilər. Amma dindən faşizm üçün yox, sülh üçün istifadə etmək lazım idi. İsa da buna inanırdı. Amma sonsuz nifrət sizə onun rəngli dünyasını görməyə imkan vermədi. Gay, lesbiyan, biseksual, transseksualları yox sayan, diskriminasiya edən heteroseksist cəmiyyət bir can daha aldı. Həyatını, mübarizəsini həsr etdiyi göyqurşağı bayrağı ilə özünü asaraq həyatına son verdi. İsa, eyni ilə digər LGBT insanlar kimi məktəbdə, universitetdə şiddət gördü, sonrasında universitetdən atıldı, işə götürülmədi və ailəsi tərəfindən evindən qovuldu. İsanın hekayəsi hamımızın hekayəsidir. Sizə arxasınca vida məktubu qoyan İsanın son sözlərini oxuyuruq: “Gedirəm. Hamınız haqqınızı halal edin. Bu ölkə, bu dünya mənə görə deyil. Mən xoşbəxt olmağa gedirəm. Anama da deyərsiz ki, onu çox sevirəm. Hamınız ölümümdə günahkarsız. Bu dünya mənim rənglərimi daşıyacaq qədər güclü deyil. Əlvida!”.

konfrans1

İsa kimi digər qurbanların da gələcəyi əllərindən alınır. Çünki, onların sosial həyatını formalaşdıracaq bir qanun yoxdur. Mövcud qanunvericilik isə LGBT insanların sosial rifahının yaxşılaşdırılmasına, onların hüquqi müdafiəsinə yardım edə bilmir. Bu gün təkcə İsa Şahmarlı üçün burda deyilik.  Yüzlərlə, minlərlə İsalar üçün burdayıq. Cəmiyyətin faşist əxlaqı səbəbiylə hər keçən gün bəziləri aramızdan ayrılır, intihara məcbur edilir. Buna son demək üçün burdayıq. Qəbul etsəniz də, etməsəniz də biz sizin içinizdəyik, cəmiyyətin bir parçasıyıq. Kimisi polis, kimisi müəllim, həkim, jurnalist, idmançı, hərbiçi və gündəlik həyatınızda üzləşdiyiniz digər insanlar kimi qarşınıza çıxırıq. Təkcə Azərbaycanda LGBT bərabər və azad həyat haqlarını tanımayanlar deyil, bütün dünyada homofobiyaya səs çıxarmayan hər kəs bu cinayətdən məsuldur. Bəli bu bir intihar deyil, bir cinayətdir! Çünki yoldaşımızı intihara cəmiyyət sürümüşdür. İsa kimi aramızdan ayrılan hər kəsi təkrar sevgiylə xatırlayırıq. Bizləri öldürməklə qurtara bilməzsiniz. Tarixin hər çağında gəldik. Təbiətin hər yerində varıq və dünyanın hər şəhərində, hər ölkəsində də varıq!

Sevinənlər sevinməsin. Çünki İsanın ölümüylə heç bir şey bitmədi. Məzarına gələnlərə daş atanlar zəfər əldə etdiklərini zənn etməsinlər. Çünki onlar da gördü ki, artıq İsa bütün dünyada milyonlarla insan oldu. Hətta bu qədər çox İsa olmasından və bu qədər çox adının xatırlanmasından narahat olanlar onu müdafiə edənləri təhqir, şantaj edərək hədə-qorxu gəldilər. Media isə zərər çəkmiş olan yoldaşlarımızı günahkar, ya da haqsız göstərmək üçün əlindən gəldiyincə iyrənc və ayrı-seçki bir dil istifadə edərək faşizmi daha da qıcıqlandırdı. Amma biz yaşadığımız cəmiyyətdə qanunun aliliyinə, hüquq-mühafizə orqanlarının bütün bu olanlara səssiz qalmayacağına, dövlətimizə inanırıq.

Üzülənlər kədərlənməsin. İsa aramızdan ayrıldı, ancaq mübarizəmizin bir parçası olaraq yaşamağa davam edəcək!

Son redaktə Bazar ertəsi, 14 Sentyabr 2015

Şərh əlavə et


Mühafizə kodu
Yenilə

Haqqımızda

Nəfəs LGBT Azərbaycan Alyansı 27 dekabr 2012 – ci il tarixində yaradılıb.

Missiyamız LGBT insanların Azərbaycanda ictimai – siyasi rifahını yaxşılaşdırmaqdır.

Bizimlə Əlaqə

Facebook

Twitter