wrapper

Beaking News

lgbrwAzərbaycanda homoseksual insanların hüquq və azadlıqlarının müdafiəsi, onlara psixoloji və tibbi dəstək, həmçinin homoseksual insanlara qarşı mövcud olan homofobiyanın aradan qaldırılması üçün Nəfəs LGBT Azərbaycan Alyansı yaradılıb. Təşkilatın əsas fəaliyyəti homoseksualların hüquq və azadlıqlarının müdafiəsi, cəmiyyətdə çoxluq tərəfindən onlara qarşı yaranan homofobiyanın aradan qaldırılmasına yönələcəkdir.

 

Bu istiqamətdə beynəlxalq təşkilatlar və yerli insan hüquqları müdafiəsi təşkilatları ilə əməkdaşlıq edilməsi planlaşdırılır.

Azərbaycan Respublikasının Qanunvericiliyində insanların cinsi ayrı seçkiliyə məruz qalmaması təsbit olunub və respublikamız dünyəvi bir dövlətdir. Bununla yanaşı qeyd etmək istərdik ki, Azərbaycan Respublikası 2001 – ci ilin yanvar ayının 17 – də Avropa Şurasına üzv olduqdan sonra Milli Məclisdə ratifikasiya olunan ilk sənəd sırf cinsi azlıqlarla bağlı olub. Lakin görürük ki, mövcud qanunvericiliyin işləməməsi səbəbindən homoseksuallar işdən çıxarılır, hüquqlarının müdafiəsi üçün hüquq mühafizə orqanlarına rahatlıqla müraciət edə bilmirlər. Onlara qarşı hər hansısa hədələrin, zorakılığın olması zamanı müraciət etməyə çəkinirlər, hətta inamları belə yoxdur, qorxurlar. Çünki, hüquq mühafizə orqanlarında belə onlara qarşı alçaldıçı, təhqirənamiz münasibət olur. Bununla yanaşı, sayını dəqiq bilməsəkdə deyə bilərik ki, bu gün ölkəmizdə homoseksuallar minlərlədir. Cəmiyyət tərəfindən onlara qarşı olan mənfi mövqe səbəbindən “qeyri-ənənəvi seksual oriyentasiya”-ya malik bu insanlar  psixoloji sarsıntı keçirir, onlar alçaldılır, ikinci plana atılır, ailədə, kollektivdə, onları əhatə edən insanlar arasında onlara qarşı münasibət və sosial atmosfer mənfi istiqamətdə dəyişir və nəticə olaraq belə şəxslər intihara cəhd edirlər. Araşdırmalara əsasən homoseksual yeniyetmələrin 25 faizə qədəri intahara cəhd edirlər. Homoseksual olduqları üzə çıxdıqdan sonra hədələrə məruz qalır, sırf bu səbəb üzündən işdən çıxarılırlar. Belə faktlara tez – tez rast gəlmək mümkündür. Sadalanan mənfi halların qarşısının alınması üçün qanunvericiliyi təkmilləşdirmək və onu işlək hala salmaq üçün təşkilat olaraq istər yerli, istərsə də beynəlxalaq təşkilatlarla əməkdaşlıq edəcəyik.

Gündəlik həyatımızda getdiyimiz hər yerdə biz bilməsək də homoseksual insanlar qarşımıza çıxır. Statistikaya əsasən mövcud ərazidə yerləşən əhalinin orta hesabla 10%-ni homoseksual insanlar təşkil edirlər. Heteroseksual insanlar kimi onlarda vergi verir, seçkilərdə iştirak, orduda və digər dövlət orqanlarında qulluq edərək vətəndaş cəmiyyəti quruculuğuna öz töhfələrini verirlər. Ancaq hələ də cəmiyyətimiz tərəfindən homoseksualizm birmənalı olaraq qəbul edilmir və onlara xəstə insan münasibəti var. Mövcud problemin aradan qaldırılması üçün ciddi maariflənməyə ehtiyac var. Təəssüf ki, müstəqilliyimizdən keçən illərdə bu sahədə heç bir toplu nəşr olunmamış və ciddi araşdırmalar aparılmamışdır. Bu baxımdan, təşkilat tərəfindən effektiv maariflənmə işi aparılacaqdır. Bu yolla insanlar tərəfindən homoseksuallığın xəstəlik deyil, təbii bir prosses kimi başa düşülməsini təmin etmək və homofobiyanın qarşısını almaq mümkün olacaq.

Bununla yanaşı ciddi psixoloji sarsıntı keçirən homoseksuallara psixoloji yardımlar edilməsi təşkilatın əsas hədəflərindəndir. Psixoloji yardımlar etməklə onların cəmiyyətdən küsməməsi və reablitasiya olunmasına nail ola bilərik. Nəzərə alsaq ki, paytaxtla müqayisədə regionlarda mövcud problem daha da qabarıqdır, bölgələrdə psixoloji və hüquqi yardımların həyata keçirilməsi qaçılmazdır. Təbii ki, həyata keçirilən istənilən fəaliyyət çərçivəsində təşkilata müraciət edəcək homoseksualların anonimliyi yüksək səviyyədə qorunacaq.

Təşkilat olaraq sadaladığımız fəaliyyətləri həyata keçirməklə biz qarşıya qoyduğumuz hədəflərə nail olmaq və bununla da, homoseksualların hüquq və azadlıqlarının qorunması və təmin olunmasilə onların cəmiyyətin inkişafına daha çox töhfə verməsinin əsasını qoymuş olarıq. Çünki, onların arasında gələcəyin müxtəlif peşə sahibləri var.

Ən əsası isə odur ki, bütün bunları etmək üçün gay, lesbina, biseksual, transgender, bir sözlə homoseksual olmaq şərt deyil. LGBT hüquq və azadlıqlarının təmin olunması üçün heteroseksuallar da öz töhfələrini verə bilərlər. Sadəcə humanist olmaq yetər!”

Son redaktə Bazar ertəsi, 14 Sentyabr 2015

Şərh əlavə et


Mühafizə kodu
Yenilə

Haqqımızda

Nəfəs LGBT Azərbaycan Alyansı 27 dekabr 2012 – ci il tarixində yaradılıb.

Missiyamız LGBT insanların Azərbaycanda ictimai – siyasi rifahını yaxşılaşdırmaqdır.

Bizimlə Əlaqə

Facebook

Twitter