wrapper

Beaking News

Kampaniyamız haqqında maraqlandığınız üçün təşəkkür edirik. 

Nəfəs LGBT Azərbaycan Alyansı IDAHO(International Day Against Homofobia Organisation) ilə birlikdə  “Nifrət Öldürür” onlayn kampaniyasını həyata keçirir və 17 May – Beynəlxalq Homofobiya ilə mübarizə gününə qədər davam edəcək. Kampaniyanın məqsədi insanları nifrətə, nifrət cinayətlərinə qarşı bir olmağa səsləmək və humanis dəyərləri aşılamaqdır.

Nifrət cinayətləri nədir? – Müəyyən şəxs və ya sosial qruplara qarşı zərərlə yönəlmiş cinayət Nifrət Cinayətləri adlanır.

Nifrət cinayətlər etniq, milli və dini mənsubiyyət, cinsiyyət, fərqli cinsi oriyentasiya xüsusiyyətlərə görə törədilməkdədir. Bu cinayətlər forması təcavüz və ya təhqirdən, mülkiyyət və şəxsi əşyalara zərər verməkdən, məktəb vəya is yerində sıxıntıların yaşadılması ilə olmaqla yanaşı, hətta ölümlə belə nəticələnə bilir.

Azərbaycanda da təbii ki nifrət cinayətlərinin qurbanları çoxdur. Kimisi uşaq olduğu üçün ayrı – seçkiliyə məruz qalır, kimisi qadın olduğu üçünn, kimisi isə dini etiqadına görə. Azərbaycanda LGBT insanlar dab bu nifrətdən əziyyət çəkirlər. Bu Homofobiya adlanır.

Təbii ki, yuxarıda sadaladığımız sosial qruplara qarşı olan mənfi münasibət və rəftarın əleyhinə və tərəfdarları olan insanlar çoxdur. Amma, unutmaq lazım deyil ki, Nifrət Öldürür. Sizin nifrətiniz sayəsində onlarla yeniyetmə, gənc intihara cəhd edir, işsız qalır, cəmiyyətdən təcrid olunurlar. Buna görə də hər kəsi Homofobiya, ümumilikdə nifrətə qarşı mübarizə aparmağa dəvət edirik.

Kampaniyaya qoşulmaq çox sadədir və iştirak üçün sadəcə siqarət qutularından istifadə olunacaq.  Bildiyimiz kimi hər bir siqaret qutusunun üzərində "Siqaret çəkmək sizin səhhətinizə ziyandır" sözü yazılıb. Biz isə bu kampaniyada "Siqaret çəkmək" sözünü "Nifrət" sözü ilə dəyişməyi təklif edirik. Kim ki, bizim təklif etdiyimiz bu kampaniyaya qoşulmaq istəyirsə, düşünürsə ki, humanizm, insanlıq hər şeydən üstündür, o zaman siqaret qutusu üzərində “Nifrət”sözü yazılmış kağız parçasını "Siqaret çəkmək" sözünün üzərinə yapıştıraraq şəkilini çəkib Bu e-poçt ünvanı istənməyən məktub maneə törədiciləri tərəfindən qorunur. Göstərmək üçün JavaScript aktivləşdirilməlidir. elektron unvanına göndərsin.

Toplanan şəkillər saytımızda və facebook səhifəmizdə yerləşdiriləcək. İsteye uyğun olaraq təbii ki, həmin şəkili facebookda profil şəkili də edə bilərsiz.

Çəkinmədən bu kampaniyaya qoşulun.

Humanist olun, Yetər!

Son redaktə Cümə, 02 May 2014

Haqqımızda

Nəfəs LGBT Azərbaycan Alyansı 27 dekabr 2012 – ci il tarixində yaradılıb.

Missiyamız LGBT insanların Azərbaycanda ictimai – siyasi rifahını yaxşılaşdırmaqdır.

Bizimlə Əlaqə

Facebook

Twitter