wrapper

Beaking News

10913633 1038103689540551 56682449 n

 

Bildiyimiz kimi gələn il Bakıda Avropa oyunları keçiriləcək. Nəfəs LGBT Azərbaycan Alliansı və Azad LGBT bu olimpiya oyunları ilə əlaqədar “Bərabərlik üçün Yarış” adlı kampaniya həyata keçiriləcək. Kampaniyayanın hədəf qrupu Avropa Parlamenti, Beynəlxalq Olimpiya Komitəsi, ILGA World və ILGA Europe, Avropa Şurasına daxil olan ölkələrin Olimpiya Komitələri və Xarici İşlər Nazirlikləri, insan hüquqları üzrə çalışan Beynəlxalq Təşkilatlar daxildir. Təbii ki, kampaniyanın keçirilməsi Bakı Olimpiya oyunlarının təxirə salınması deyildir.

Əslində məqsəd Avropa və Dünya İctimaiyyətinin diqqətini Azərbaycandakı homofobiyaya, fundamental insan haqqlarının və LGBT hüquqlarının cari vəziyyətinə yönəltmək, mövcud vəziyyətin yaxşılaşdırılması üçün dövlət tərəfindən ehtiyac duyulan addımların atılmasına nail olmaqdır. Diqqətin eyni hədəfə yönəlməsi üçün kampaniya zamanı olimpiyadanın rəsmi logosu göy qurşağı rəngində olmaqla istifadə olunacaq.

All Out’ un həyata keçirdiyi kampaniyaya əsasən artıq Beynəlxalq Olimpiya komitəsi də olimpiya oyunlarının keçirilməsi haqqında qaydalara dəyişikliklər edəcək. Komitə söz verdiyi kimi, təşkilatçı ölkələrin imzaladığı razılaşmaya “Olimpiya Razılaşmasındakı ayrı – seçkiliyə qarşı Maddə 6.” əlavə ediləcək. Yeni qaydalara əsasən, Olimpiya oyunlarını təşkil edən ölkələr hər hansısa bir qrupa qarşı ayrı – seçkilik etməyəcək. Komitə vurğulayaraq bildirir ki, bu qrupa LGBT insanlar da daxildir.

Belə ki, durmadan artan həbslər, ifadə və fikir azadlığının məhdudlaşdırılması, eyni ilə də fundamental insan hüquqlarının ayrılmaz bir hissəsi olan LGBT hüquqlarının tanınmaması, nifrət çağırışlarının istər cəmiyyət, media qurumları, istərsə də dövlət rəsmiləri tərəfindən artması problemin mövcudluğundan xəbər verir. Beynəlxalq Avropa Lezbiyan Gay Assosiyasının(ILGA Europe) 2014 – cü il üçün yaydığı bəyanatda LGBT hüquqlarının vəziyyətinə görə Azərbaycan 48 – ci yerdə dayanır. Bu nəticə ilə Azərbaycan sadəcə Rusiyanı qabaqlamaqdadır, LGBT insanlar üçün Azərbaycan çox təhlükəli ölkələrdəndir. Avropa Şurasının, həmçinin Şərq Tərəfdaşlığı proqramının üzvü olmasına baxmayaraq Azərbaycan höküməti LGBT hüquqları ilə bağlı öz üzərinə götürdüyü heç bir öhdəliyi yerinə yetirməməkdədir. İndiyə qədər LGBT insanları müdafiə edən heç bir qanunvericilik aktı, hətta “Nifrət Cinayətləri” ilə bağlı qanunvericilik belə qəbul edilməyib. Təbii ki, biz anlayırıq ki, Azərbaycan əhalisinin çox bir hissəsi müsəlmandır. Lakin, nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikasının Konstitusiyasında göstərildiyi kimi Dövlət Dindən ayrıdır və hər kəs qanun qarşısında bərabərdir. Buna baxmayaraq Nəfəs LGBT dəfələrlə qeydiyyat üçün rəsmi müraciət etsə də qeydiyyata alınmır. Həmçinin 2014 – cü il ərzində Parlamentin 3 deputatı rəsmi olaraq mediaya verdiyi müsahibələrdə bildirib ki, LGBT hüquqları Azərbaycan Dövləti tərəfindən heç bir zaman qəbul edilə bilməz. Bütün bunlar göstərir ki, Azərbaycanda homofobiya dövlət səviyyəsindədir. Bununla yanaşı, mediada dəfələrlər jurnalistlər, dövlət rəsmiləri tərəfindən nifrət çağırışları səsləndirilməkdədir.

Kampaniyaya necə qoşulmalı?

Azərbaycan Respublikasının dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən səfirlikləri qarşısında kampaniyaya dəstək tədbirləri keçiriləcək. Artıq ilkin olaraq Vaşinqton,Kampaniya dəstək olmaq istəyən LGBT təşkilatları, fərdlər Azərbaycan Respublikası səfirliyi fonunda LGBT bayrağı və “Bərabərlik Üçün Yarış!” sloganı ilə şəkil çəkdirib, əldə olunan görüntüləri Bu e-poçt ünvanı istənməyən məktub maneə törədiciləri tərəfindən qorunur. Göstərmək üçün JavaScript aktivləşdirilməlidir. ünvanına göndərməklə müsbət mesajın yayılmasında vasitəçi ola bilərlər.

Son redaktə Bazar ertəsi, 05 Yanvar 2015

Haqqımızda

Nəfəs LGBT Azərbaycan Alyansı 27 dekabr 2012 – ci il tarixində yaradılıb.

Missiyamız LGBT insanların Azərbaycanda ictimai – siyasi rifahını yaxşılaşdırmaqdır.

Bizimlə Əlaqə

Facebook

Twitter