wrapper

Beaking News

lgbrw

Nəfəs LGBT Azərbaycan Alliansı sosial dəyişiklik, ictimai təşkilatlanma, təhsil və siyasi islahatların aparılması, aparıcı multi-məsələlər istiqamətində fəaliyyət göstərən təşəbbüs qrupudur. 2010 – cu ildə yaradılan təşkilatın əsas məqsədi xüsusən LGBT fərdlərinin, qadınların və digər müxtəlif icmaların ayrı – seçkiliyə və təcrid olunmağına son qoymaqdır. Nəfəs, Azərbaycanda vətəndaş cəmiyyətinin daxili müxtəlifliyini, təcrid olunan şəxslərin ictimai həyata fəal inteqrasiyasını təşviqini təmin edir. İctimai təşkilatlanma və vəkillik işimiz zamanı azlıqların səsi olmaq – onların inctimai şüurda görünümlüyünü və milli dialoqun təşkili işimizin əsas tərkib hissəsidir. Təşkilatın idarə strukturu: prezident, icraçı direktor, idarə heyyəti. Hal - hazırda idarə heyyətinin 2 üzvü ölkədən kənarda yaşayır. Təşkilatın fəaliyyətində minimum 15 - dən çox könüllü yardım etməkdədir. Qeydiyyata alınmaq ilə əlaqədar Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə 2 dəfə rəsmi müraciət göndərilsə də, uğurlu nəticə əldə olunmamış, problemin ictimailəşdirilməsi nəticəsində təşkilatın üzvləri təqibə məruz qalmışdır.

Nəfəs müntəzəm olaraq LGBT və vətəndaş cəmiyyətinin digər fərdləri üçün LGBT məsələləri, gender bərabərliyi və cinsi sağlamlıq mövzularında maarifləndirmə işləri həyata keçirir. Bu tədbirlər silsiləsindən ən böyük çəkiyə sahib olan və tarixi ənənənin əsasını qoyduğumuz Birinci LGBT – Gender FormuGender Formunun təşkilini göstərə bilərik. Öz daxili resursları hesabına, könüllülərin dəstəyi ilə “Love is All You Need” filminin Azərbaycan dilinə dublyaj edilməsi də bu istiqamətdə görülən işlərdən biridir.

Təşkilat Azərbaycanın müxtəlif regionlarından olan LGBT icmasını, xüsusilə də LGBT gəncləri ödənişsiz online hüquqi xidmətlərlə təmin edir. Bununla əlaqədar olaraq hal – hazırda təşkilat “Mənim hüquqlarım” adlı onlayn hüquqi yardım kampaniyasını həyata keçirir. Təşkilatın rəsmi veb səhifəsində yaradılan bölmə vasitəsi ilə LGBT fərdlər onları maraqlandıran hüquqi suallara cavab əldə edə bilirlər.

Nəfəs Azərbaycanın ictimai şüurunda azlıqların səslərinin mərkəzləşdirilməsi, ictimai məlumatlılıq səviyyəsinin artırılması üçün könüllü olaraq müxtəlif kampaniya və tədbirlər həyata keçirir. 2013 – cü il Azərbaycan LGBT Hərəkatı tarixində açıq sima ilə ilk mətbuat konfransı keçirən Nəfəs Azərbaycanda LGBT icmasının, hüquqlarının ölkə gündəmində müzakirə olunmasına nail olmuşdur. 2014 - cü ildə Beynəlxalq Homofobiya və Transfobiya ilə Mübarizə Günü ilə əlaqədar olaraq “Qobustan qədər tariximiz var!tariximiz var!” yürüşünün təşkilatçısı olmuşdur4. Dini fundamentalistlər tərəfindən keçirilən tədbir ciddi tənqid edildiyi üçün LGBT mövzusu ictimai gündəmin əsas müzakirəsinə çevrilmişdi, əsasən də Azərbaycan mediası və siyasətçiləri tərəfindən. 2014 - ci il siyasətçilərin və media nümayəndələrinin LGBT mövzusunda açıq müzakirələr aparması ilə tarixdə ilkliyi ilə iz qoydu. 2015 – ci il isə IDAHOT günü çərçivəsində LGBT və heteroseksuallar arasında Bowling Çempionatı keçirməklə “Bərabərlik Üçün Yarışçün Yarış” missiyasını yaydılar. Həmin il üçün digər tədbirlər isə Queer Tea, Nifrət Cinayətləri qurbanlarının anım günü, Bayraq günü tədbirləri olmuşdur.

Bununla yanaşı Avropa Parlamenti səviyyəsində tarixdə bir ilkə, Azərbaycandakı LGBT hüquqlarının durumuna diqqətin cəlb edilməsinə nail olmuşdur. Belə ki, 2014 – cü il may ayında Azərbaycanın Avropa Şurası Nazirlər Kabinetinə rəhbərliyi dönəmində “President, Cavab Ver!” kampaniyasını keçirmişdir. Kampaniya çərçivəsində Avropa Parlamentinin bütün deputatlarına məktublar göndərilmiş, Azərbaycan Respublikası prezidenti İlham Əliyev və Xarici İşlər Naziri Elman Məmmədyarovun avropa parlamentində nəzərdə tutulan çıxışından sonra Norveçdən olan parlamentari tərəfindən LGBT hüquqlarının durumuna dair sualın verilməsinə nail olunmuşdur.

Azərbaycanda LGBT fərdlərinə qarşı nifrət cinayətləri və nifrət çağırışları; nifrət cinayətləri və nifrət çağırışlarına qarşı qanunvericiliyin təbliği; bu problemlərlə mübarizə aparmaq üçün kampaniyaların, sosial araşdırmaların təşkili təşkilat üçün əsas prirotetlərdəndir.

Nəfəs LGBT iki sosial araşdırma həyata keçirdib. Onlardan biri 2013 – cü ildə GALE(Global Alliance for LGBT Education) ilə könüllü əməkdaşlıq əsasında keçirilən “Təhsil üçün tədqiqat hüququ” layihəsidir. Layihənin əsas məqsədi Dünyada LGBT təhsil üçün mövcud vəziyyətin araşdırılması, LGBT (lesbiyan-gay-biseksual-transgender) insanlar üçün təhsil hüququnun mümkünlüyü və ya mümkünsüzlüyünün, həmçinin digər təsiredici amillərin müəyyənləşdirilməsi idi. World Mapın hazırlanması zaman təşkilat olaraq Azərbaycan üzrə bu programın tərkib hissəsi olmuşduq Digər bir sorğu isə “LGBT iş mühiti” adlı sosial araşdırma olmuşdur. Monitorinqın keçirilməsində əsas məqsəd sahibkarlıq mühitində LGBT işçi və sahibkar arasındakı iş mühitinin araşdırılması və homoseksual insanların iş mühitində mövcud olan və ya yarana biləcək çətinliklərinin öyrənilməsi idi.

Son redaktə Bazar ertəsi, 12 Oktyabr 2015

Haqqımızda

Nəfəs LGBT Azərbaycan Alyansı 27 dekabr 2012 – ci il tarixində yaradılıb.

Missiyamız LGBT insanların Azərbaycanda ictimai – siyasi rifahını yaxşılaşdırmaqdır.

Bizimlə Əlaqə

Facebook

Twitter